Gürcüstan, Tbilisi, 22 fevral / Trend , müxbir N.Kirsxaliya/
Dünən gecə Tbilisi-Senaki-Leselidze yolunda avtomobil qəzasında üç nəfər həlak olub.
Patrul Polisindən Trend -a verilən məlumata əsasən, qəza Ksani çayı üzərindəki körpüdə baş verib. Yoldan çıxan Mitsubishi Pajero üç sərnişinlə birlikdə çaya düşüb.
Avtomobilin qaldırılması üzrə işlər bütün gecə aparılıb. Sərnişinləri xilas etmək mümkün olmayıb.