...

Azərbaycanın üç müxalifət partiyası seçki bloku təsis edəcək

Siyasət Materials 4 Mart 2010 14:49 (UTC +04:00)
"Azadlıq" blokunun martın 3-də keçirilən iclasında parlament seçkiləri ilə bağlı seçki blokunun yaradılması üçün ilkin razılaşma əldə olunub. Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının birgə seçki bloku yaradılması nəzərdə tutulur", - cümə axşamı Trend News-a "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.
Azərbaycanın üç müxalifət partiyası seçki bloku təsis edəcək

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın üç partiyası seçki bloku təsis edəcək.

"Azadlıq" blokunun martın 3-də keçirilən iclasında parlament seçkiləri ilə bağlı seçki blokunun yaradılması üçün ilkin razılaşma əldə olunub. Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının birgə seçki bloku yaradılması nəzərdə tutulur", - cümə axşamı Trend -a "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Əliyevin sözlərinə görə, yaranacaq seçki bloku ilə bağlı xüsusi layihə də hazırlanıb.

"Bu qərar partiyalar daxilində müzakirə ediləcək. Əgər qərarımız dəstəklənəcəksə, bundan sonra bloka qoşulmasını istədiyimiz digər qüvvələrlə məsləhətləşmələrə başlayacağıq. Bizə daxil olan təklifləri də dəyərləndirəcəyik", - VİP sədri əlavə edib.

Onun fikrincə, seçki blokuna ictimai təşkilatlar da qoşula biləcəklər.

Vahid namizədlər məsələsinə gəldikdə, Əliyev deyib ki, bu məsələnin müzakirəsinə seçki bloku elan olunandan sonra başlanacaq.

"Biz istəyirik ki, deputatlığa namizədlərimizi digər seçki bloklarının, yaxud ayrı-ayrı partiyaların namizədləri ilə razılaşdıraq. Buna nail ola bilsək, onları ümummüxalifət namizədləri kimi cəmiyyətə təqdim edə biləcəyik", - VİP sədri vurğulayıb.

"Azadlıq" blokunu 2005-ci il parlament seçkiləri ərəfəsi Azərbaycan Demokrat, Azərbaycan Xalq Cəbhəsi, Liberal və Müsavat partiyaları təsis ediblər. Seçkilərdən sonra Demokrat və Müsavat partiyaları bloku tərk edib, Vətəndaş və İnkişaf Partiyası isə bloka üzv qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti