...

Gürcüstan Prezidenti Vaşinqtonda Barak Obama ilə görüşə bilər

Siyasət Materials 23 Mart 2010 14:04 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili aprelin 12-13-də ABŞ-da keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak edəcək. Bu barədə bu gün Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze brifinqdə bildirib.
Gürcüstan Prezidenti Vaşinqtonda Barak Obama ilə görüşə bilər

Gürcüstan, Tbilisi, 23 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili aprelin 12-13-də ABŞ-da keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak edəcək. Bu barədə bu gün Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze brifinqdə bildirib.

"Gürcüstan Prezidenti amerikalı həmkarı Barak Obamadan sammitdə iştirak etməyə dair təklif alıb və təklifi qəbul edib", - o qeyd edib.

Mətbuat katibinin bildirdiyi kimi, sammit zamanı Gürcüstan liderinin sammit iştirakçıları ilə bir sıra qeyri-rəsmi görüşləri nəzərdə tutulub. Onlar arasında dünyanın 30 ölkəsinin liderləri var.

"Eləcə də ABŞ Prezidenti ilə görüş keçirilə bilər, lakin həmin görüşə hazırlıq hələ aparılmır", - Mancqaladze qeyd edib.

Xəbər lenti

Xəbər lenti