...

Litva XIN-in rəhbəri bu gün Gürcüstana səfər edəcək

Siyasət Materials 27 Mart 2010 12:33 (UTC +04:00)
Litva XİN-in rəhbəri Andrüs Ajubalis martın 27-də Gürcüstana üçgünlük rəsmi səfər edəcək.
Litva XIN-in rəhbəri bu gün Gürcüstana səfər edəcək

Gürcüstan, Tbilisi, 27 mart / Trend , müxbir N.Kirsxaliya/

Litva XİN-in rəhbəri Andrüs Ajubalis martın 27-də Gürcüstana üçgünlük rəsmi səfər edəcək. Ajubalis səfər zamanı Gürcüstan Prezidenti Mixail Saakaşvili, Parlamentin sədri David Bakradze, Baş nazir Niki Gilauri, Baş nazirin reinteqrasiya məsələləri üzrə müavini Temur Yakobaşvili, siyasi partiya nümayəndələri ilə görüşəcək. Bu barədə Gürcüstan XİN-dən Trend -a məlumat veriblər.

Ajubalis və Gürcüstan XİN rəhbəri Qriqol Vaşadzenin görüşü martın 29-da baş tutacaq. Görüşdən sonra nazirlikdə birgə brifinq keçiriləcək.

Litva XİN-in rəhbəri səfər çərçivəsində Aİ-nın müşahidəçilər missiyasının nümayəndələri ilə birlikdə münaqışə zonasına birgə səhra baxışının keçirilməsinin planlaşdırıldığı Qoriyə səfər edəcək.

Ajubalis, həmçinin, İgidlər meydanında Gürcüstanın birliyi uğrunda həlak olanların abidəsi önünə çələng qoyacaq.

Xəbər lenti

Xəbər lenti