...

İlham Əliyev Danimarka Kraliçasını təbrik edib

Siyasət Materials 15 Aprel 2010 19:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası II Marqreteyə Krallığın milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Danimarka Kraliçasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası II Marqreteyə Krallığın milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Danimarka münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək", - təbrik məktubunda deyilir.

İlham Əliyev II Marqreteyə ən xoş arzularını yetirib, dost Danimarka xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti