...

Cürcüstan heç zaman ABŞ administrasiyası tərəfindən Prezident Obamanın hakimiyyəti dövründə malik olduğu dəstəyi almamışdı

Siyasət Materials 20 Aprel 2010 10:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın inkişafı demokratiyanın inkişafından asılıdır. Bunu bu gecə Grücüstan Prezidenti Mixail Saakaşvili ABŞ-ın Harvard Universitetindəki çıxışında deyib.

"Əgər kimsə yeni müdaxilə ilə bizə mane olmasa, Gürcüstan mütləq demokratik inkişafa nail olacaq. Bu, uzun prosesdir, lakin biz demokratiyaya can atırıq və bu yolda müəyyən uğurlara nail olmuşuq", - o deyib.

Gürcüstan teleşirkətlərinin məlumatına görə, ölkə Prezidenti Gürcüstanın son illər nail olduğu uğurlardan danışıb. "Bunlar korrupsiya ilə mübarizədə, biznesin aparılmasının inkişafı və sadələşdirilməsi, demokratik proseslərin inkişafındakı uğurlardır. Ancaq təəssüf ki, bizə daim mane olurlar. Bu, ilk növbədə , postsovet məkanında öz təsirini bərpa etməyə çalışan Rusiyadır", - o bildirib.

Saakaşvili qeyd edib ki, buna baxmayaraq, Gürcüstan demokratiya istiqamətində fəaliyyətini davam etdirəcək. O, ABŞ-ın Gürcüstana göstərdiyi dəstəyə görə, Prezident Barak Obamaya təşəkkürünü bildirib. "O, güclü liderdir, bütün dünyada demokratiyanın inkişafına can atır. Biz heç zaman ABŞ administrasiyası tərəfindən bugünkü kimi dəstəyə malik olmamışdıq və bu, bizə kömək edir", - Saakaşvili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti