...

Azərbaycanda tarixi portalın təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 24 Aprel 2010 13:30 (UTC +04:00)

RED: əlavəsi: gənclər və idman naziri Azad Rəhimovun çıxışı əlavə olunub

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir T.Hacıyev/

Bakıda şənbə günü Azərbaycanda tarixi "www.history.az" portalının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində çıxış edən "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirib ki, belə bir portalı yaratmaqda məqsəd Azərbaycanın tarixi haqqında məlumatları elektron versiyada yaymaqdır.

"Portal tarixi kitabların, sənədlərin və ölkənin adı çəkildiyi digər mənbələrin elektron versiyasını əhatə edir. Portal özündə elektron kitabxanaları, xəritələrin fotoqalereyasını, numizmatika materiallarını, xalçaları, arxeoloji qazıntıları birləşdirir. Saytın köməyi ilə istənilən şəxs ölkə tarixinin istənilən dövrü haqqında geniş məlumat əldə edə bilər, tələbələr və müəllimlər isə lazımi mövzunu araşdıra bilər", - Osmanlı əlavə edib.

Azərbaycan tarixi portalı Gənclər və İdman Nazirliyi, "Azerfon" QSC, "HP" və "İrəli" İctimai Birliyinin dəstəyi ilə yaradılıb.

Azərbaycanın tarixi həqiqətlərinin dünyaya çatdırılmasında yaranan portalın xüsusi əhəmiyyətini vurğulayan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxışında deyib ki, Ermənistan 1918-ci ildə Azərbaycana qarşı soyqırım siyasəti həyata keçirib və Ermənistanın soyqırım siyasətinin dünyaya çatdırılması olduqca vacibdir.

"Azərbaycan xalqına qarşı 1918-ci ildə soyqırım siyasəti aparmış bir dövlət hansı soyqırımdan danışa bilər, Ermənistan qondarma siyasəti ilə özünü pis vəziyyətə salıb. Hazırda Ermənistanı tərk etmək istəyənlərin sayı günbəgün artır", - Aslanov əlavə edib.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, Azərbaycanın qədim tarixi xəritələri var ki, müxtəlif xarici ölkələrdə saxlanılır və həmin xəritələr bu portalda yerləşdirilməlidir. Nazirin sözlərinə görə, portalın üç dildə yayımlanması Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öz töhfəsini verəcək.

Xəbər lenti

Xəbər lenti