Prezident Ilham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 30 Aprel 2010 22:28 (UTC +04:00)
Prezident İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident Ilham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərkəzin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev səhiyyə ocağının açılışını bildirən lenti kəsdi və mərkəzlə tanış oldu.

Məlumat verildi ki, bu müasir səhiyyə ocağı üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan, o cümlədən transformator otağı, qazanxana, mətbəx, camaşırxana, dializ materialları anbarı, patoloji anotomiya binası, keçid məntəqəsi, anbar, avtomobillər üçün qaraj, su anbarından ibarətdir. Mərkəzdə qəbul, hemodializ, poliklinika, şüa-diaqnostika, laboratoriya, inzibati, cərrahiyyə, anesteziologiya, reanimasiya, əməliyyat bloku və ümumi sterilləşdirmə bloku fəaliyyət göstərir. Hemodializ şöbəsində 10 dəst hemodializ aparatı quraşdırılmışdır. Böyrək çatışmazlığından əziyyət çəkən 60 xəstə bu aparatlar vasitəsilə hemodializ seansları alacaqdır. Əməliyyat bloku 4 əməliyyat otağından ibarətdir və otaqlarn hər birində xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılmışdır. Şüa-diaqnostika şöbəsi kompyuter tomoqrafiya və rentgen aparatları ilə təchiz olunmuşdur. Poliklinika şöbəsində bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər fəaliyyət göstərir. Otaqlar müasir tibbi avadanlıq və mebellə təchiz edilmişdir.
260 nəfərin daimi işlə təmin edildiyi Müalicə-Diaqnostika Mərkəzinin laboratoriya şöbəsində biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür.

Yaradılmış şəraitdən razılığını bildirən Prezident İlham Əliyev əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti