...

Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik keçirmiş şəxs saxlanılıb (FOTO)

Siyasət Materials 3 May 2010 13:11 (UTC +04:00)
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mayın 1-də saat 15:50 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 37 yaşlı məhkum Müşviq Vəli oğlu Abbasquliyevin yanına qısamüddətli görüşə gəlmiş yaxın qohumu, 22 yaşlı Rəhim Bəxtiyar oğlu Əliyevin gətirdiyi sovqatdan 9,5 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik keçirmiş şəxs saxlanılıb (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik keçirmiş şəxs saxlanılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mayın 1-də saat 15:50 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 37 yaşlı məhkum Müşviq Vəli oğlu Abbasquliyevin yanına qısamüddətli görüşə gəlmiş yaxın qohumu, 22 yaşlı Rəhim Bəxtiyar oğlu Əliyevin gətirdiyi sovqatdan 9,5 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Narkotik maddə ovulmuş kartofun içərisində gizlədilib.

Abbasquliyev Cinayət Məcəlləsinin silah tətbiq etməklə quldurluq (181.2.5-ci) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti