...

Azərbaycan hökuməti avtomobil yollarında yeni yol göstəricilərini təsdiq edib

Siyasət Materials 3 May 2010 14:13 (UTC +04:00)
Nazirlər Kabinetinin internet saytının məlumatına görə, Daxili İşlər Nazirliyinə və Nəqliyyat Nazirliyinə Bakı şəhəri və digər yaşayış məntəqələri daxilində, həmçinin yaşayış məntəqələrindən kənarda olan avtomobil yollarında yol göstəricilərinin 2011-ci ilin iyun ayınadək quraşdırılmasının təmin edilməsi tapşırılıb.
Azərbaycan hökuməti avtomobil yollarında yeni yol göstəricilərini təsdiq edib

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi Qaydaları"nı təsdiq edib.

Nazirlər Kabinetinin internet saytının məlumatına görə, Daxili İşlər Nazirliyinə və Nəqliyyat Nazirliyinə Bakı şəhəri və digər yaşayış məntəqələri daxilində, həmçinin yaşayış məntəqələrindən kənarda olan avtomobil yollarında yol göstəricilərinin 2011-ci ilin iyun ayınadək quraşdırılmasının təmin edilməsi tapşırılıb.

Qaydalara görə, yol göstəriciləri "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələblərinə uyğun olaraq və avtomobil yollarının texniki dərəcəsi, hərəkət sürəti, hərəkət zolaqlarının sayı və yolun tikildiyi coğrafi şərait (dağlıq, düzənlik, yaşayış məntəqəsi daxilində) nəzərə alınmaqla quraşdırılır.

Yol göstəricilərinin standarta uyğun olmayan dayaqlarda quraşdırılması qadağandır.

5.20.1 və 5.20.2 "İstiqamətlərin ilkin göstəricisi" yol nişanları yaşayış məntəqələrinə və digər obyektlərə hərəkət istiqamətlərinin qabaqcadan göstərilməsi üçün quraşdırılır.

5.20.1 yol nişanı, 3.11-3.15 qadağan yol nişanlarından biri quraşdırılmış yol sahələrində kənardankeçmə marşrut sxemlərini göstərmək üçün də tətbiq olunmalıdır. Yaşayış məntəqələrindən kənarda 5.20.1 yol nişanı yolayrıcından və ya tormozlama zolağının başlanğıcından 300 metrdən, yaşayış məntəqələrində isə 50 metrdən az olmamaq şərtilə quraşdırılır.

Avtomagistrallarda "İstiqamətlərin ilkin göstəricisi" yol nişanları yolayrıcından və ya tormozlama zolağının başlanğıcından 800 metrdən az olmayaraq quraşdırılır.

5.20.2 yol nişanı yolun hərəkət hissəsinin üstündə, bilavasitə tormozlama zolağının başlanğıcında, bu olmadıqda isə yaşayış məntəqələrindən kənarda yolayrıcından 100 metr, yaşayış məntəqələrində isə 50 metrdən az olmayan məsafədə quraşdırılır.

5.20.3 "Hərəkət sxemi" yol nişanı yolayrıclarında ayrı-ayrı istiqamətlərdə hərəkətin qadağan olunduğunu və ya mürəkkəb qovşaqlarda icazə verilən hərəkət istiqamətlərini göstərmək məqsədi ilə quraşdırılır. Bu yol nişanı bilavasitə yolayrıcının əvvəlində yerləşdirilməlidir. Yol nişanının ilkin olaraq yaşayış məntəqələrində yolayrıcından 50-100 metr, yaşayış məntəqələrindən kənarda isə 150-300 metr məsafədə quraşdırılmasına icazə verilir.

2.5. 5.22 "Yaşayış məntəqəsinin başlanğıcı" və 5.23 "Yaşayış məntəqəsinin qurtaracağı" yol nişanları yaşayış məntəqələrində hərəkətin xüsusi tələblərə riayət olunmasını tənzimləyir və müvafiq olaraq yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını göstərmək məqsədilə istifadə olunur.

Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda 5.23 yol nişanının sol tərəfdə, qarşı hərəkət üçün nəzərdə tutulmuş 5.22 yol nişanının arxasında yerləşdirilməsinə icazə verilir.

2.11. 5.38 "Küçənin istiqaməti" yol nişanı yaşayış məntəqəsində müəyyən küçəyə hərəkət istiqamətini göstərir və bilavasitə yolayrıcının qarşısında quraşdırılır.

Xəbər lenti

Xəbər lenti