...

Brüsseldə Gürcüstan və NATO-nun yüksəkvəzifəli hərbi məmurları arasında məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 4 May 2010 18:09 (UTC +04:00)
Mayın 5-də Brüsseldə Gürcüstan və NATO-nun yüksəkvəzifəli hərbi məmurları arasında məsləhətləşmələr keçiriləcək.
Brüsseldə Gürcüstan və NATO-nun yüksəkvəzifəli hərbi məmurları arasında məsləhətləşmələr keçiriləcək

Gürcüstan, Tbilisi, 4 may /Trend, müxbir N.Kirsxaliya/

Mayın 5-də Brüsseldə Gürcüstan və NATO-nun yüksəkvəzifəli hərbi məmurları arasında məsləhətləşmələr keçiriləcək.

Ölkənin NATO-dakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, görüş fəaliyyətdə olan Gürcüstan-NATO komissiyası çərçivəsində həyata keçiriləcək və əməkdaşlığın genişləndirilməsi məsələsinə həsr olunacaq.

Nümayəndəlikdən qeyd olunub ki, ittifaq Gürcüstanın NATO ilə əməkdaşlığına, ilk növbədə, gürcü hərbçilərin Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına yüksək qiymət verir və gələcəkdə ölkənin müdafiə sistemində islahat işlərinə dəstək göstərməyi davam etdirəcək.

Gürcüstan Əfqanıstanda hazırda 170 gürcü hərbçinin yerləşdiyi ittifaqın əməliyyatını dəstəkləyir. Yaxın günlərdə ora daha 700 gürcü hərbçi göndəriləcək.

Xəbər lenti

Xəbər lenti