...

Nazim İbrahimov İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşub

Siyasət Materials 7 May 2010 04:05 (UTC +04:00)
İsraildə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mayın 6-da İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşüb. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yayıb.
Nazim İbrahimov İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşub

İsraildə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mayın 6-da İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşüb. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yayıb.

Nazim İbrahimov Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən islahatlar, ölkəmizin regionda və dünyada möhkəmlənən mövqeyi barədə ətraflı məlumat verib. Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasındakı dostluq münasibətləri yeni müstəviyə qədəm qoyub. N.İbrahimov münasibətlərimizin yüksək səviyyəyə çatmasında Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib, milli liderin siyasi kursunu Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Aviqdor Liberman əlaqələrimizin inkişaf səviyyəsindən razılığını vurğulayıb, münasibətlərimizin daha da genişlənməsində dövlət başçlarının rolunu xüsusi qeyd edib. İsrailin xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın regionda və dünyada artan nüfuzunu yüksək qiymətləndirib.

Söhbətdə ölkələrimizin arasında bütün sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Dostluq münasibətlərinin inkişafında diaspor təşkilatlarının iştirakı ilə beynəlxalq tədbirlərin, "dəyirmi masa"ların, görüşlərin keçirilməsinin vacibliyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti