...

Misir məcburi köçkünlərin həyatının yaxşılaşması üçün Azərbaycana kömək etməyə hazırdır – XİN rəhbəri Əhməd Əbül Geyt (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 May 2010 12:23 (UTC +04:00)
Misir Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində öz evlərindən qovulmuş məcburi köçkünlərin vəziyyətinə acıyır və bu məsələdə Misirlə sıx tarixi əlaqələrin bağlandığı Azərbaycana kömək etmək üçün öz məsuliyyətini dərk edir. Bu barədə Misirin xarici işlər naziri Əhməd Əbül Geyt özünün mayın 24-də Azərbaycana rəsmi səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib.
Misir məcburi köçkünlərin həyatının yaxşılaşması üçün Azərbaycana kömək etməyə hazırdır – XİN rəhbəri Əhməd Əbül Geyt (ƏLAVƏ OLUNUB)

RED: ƏLAVƏ OLUNUB

Azərbaycan, Bakı, 24 may / Trend, müxbir Ü.Sadıqova /

Misir Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində öz evlərindən qovulmuş məcburi köçkünlərin vəziyyətinə acıyır və bu məsələdə Misirlə sıx tarixi əlaqələrin bağlandığı Azərbaycana kömək etmək üçün öz məsuliyyətini dərk edir. Bu barədə Misirin xarici işlər naziri Əhməd Əbül Geyt özünün mayın 24-də Azərbaycana rəsmi səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib.

"Misir ATƏT-in Minsk qrupunun bütün regionda təhlükəsizlik və sülh üçün zəruri olan münaqişənin [Ermənistan-Azərbaycan] həlli və vəziyyətin sabitləşməsi üzrə səylərini dəstəkləyir", - Əbül Geyt deyib. - "Misir regiondakı hadisələri diqqətlə izləyir və özünün regional və beynəlxalq məsuliyyətindən çıxış edərək, beynəlxalq hüququn prinsiplərinin, eləcə də regional təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə  prinsiplərinin həyata keçirilməsini zəruri hesab edir".

Misirli nazir həmçinin göstərib ki, onun ölkəsi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bütün qətnamələrin yerinə yetirilməsinin tərəfdarıdır. Bu qətnamələr münaqişənin nizamlanması üçün əsas olmalıdır.

"Azərbaycan və Misiri bir-biri ilə möhkəm tarixi əlaqələr bağlayır, eyni zamanda, Misirin Ermənistanla da yaxşı münasibətləri var. Ona görə də biz ümid edirik, tərəflər danışıqlar yolu ilə münaqişənin hamını qane edəcək həllini tapa biləcəklər", - Əbül Geyt deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.


Azərbaycanda danışıqlar

Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması üzrə səylər Əbül Geytin Azərbaycana səfəri zamanı danışıqların mövzularından biri olacaq. Səfər zamanı o, Baş nazir Artur Rasizadə və özünün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək.

"Mən Azərbaycan tərəfi ilə bir sıra regional və beynəlxalq siyasi məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, eləcə də Dağlıq Qarabağ münaqişəsi ətrafında son hadisələrə dair Azərbaycanın baxışlarını öyrənmək istəyirəm", -Əbül Geyt deyib.

Öz tərəfindən o, Azərbaycanı Fələstin-İsrail münaqişəsinin həlli üzrə sülh prosesi və hərtərəfli və möhkəm sülhə nail olmanın yolları da daxil olmaqla Yaxın Şərqdəki vəziyyət barədə məlumatlandırmağı planlaşdırır. Əbül Qeyt bəyan edib və əlavə edib ki, İranın nüvə proqramı da gündəliyə daxil ediləcək.

"Azərbaycan və Misir arasında qarşılıqlı maraq doğuran məsələlərdə yaxşı əlaqə fəaliyyəti mövcuddur ki, bu da ikitərəfli münasibətlərin yüksək səviyyəsini əks etdirir", - Əbül Geyt deyib.

Azərbaycanın Yaxın Şərqdəki rolundan danışarkən o bildirib ki, Misir Azərbaycanın Fələstin xalqının öz torpaqlarına qayıtmaq hüququnun dəstəklənməsində və Fələstin - İsrail münaqişəsinin həlli üzrə səylərində dəyişməz mövqeyini qiymətləndirir. Bundan əlavə, Əbül Geyt əlavə edib ki, Azərbaycanın Yaxın Şərqdə nüvə silahının yayılmaması məsələsində dəstəyini də yüksək qiymətləndirir. Misir Yaxın Şərqin nüvəsiz zonaya çevrilməsinə tərəfdardır.

Əbül Geyt, həmçinin, ölkələr arasında iqtisadi və ticarət münasibətlərinin möhkəmləndirilməsi yollarını müzakirə etməyi də planlaşdırır. O bildirib ki, Misir ötən il 2007-ci illə müqayisədə 40 milyon dollara çatan mal dövriyyəsinin mövcud səviyyəsindən narazıdır.

"İqtisadi münasibətlərin səviyyəsi ölkələrin nəhəng potensialına və yaxşı ikitərəfli münasibətlərə baxmayaraq, əvvəlki kimi aşağı olaraq qalır", - o deyib.

Əbül Geytin sözlərinə görə, ticarət əməkdaşlığı Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etməsindən sonra, inkişafında Qahirənin töhfə verməsinə xidmət məqsədilə, 1992-ci ildə yaradılan Birlik ölkələri ilə texniki əməkdaşlığa dəstək üzrə Misir Fondunun da fəaliyyətinə təsir edib.

"Azərbaycan və Misiri iki xalq arasında qarşılıqlı fəaliyyətə əsaslanan yaxşı əlaqələrin uzun tarixi bağlayır. Bu bizim üzərimizə ölkələrin nəhəng potensialından, azad ticarət və iqtisadi inkişafın yüksək templəri sahəsindəki irəliləyişdən çıxış edərək inkişafı davam etdirmək və ikitərəfli münasibətləri dəstəkləmək öhdəliyi qoyur", - Əbül Geyt deyib.

"Nabucco"

"Nabucco" layihəsinə toxunan Əbül Geyt deyib kii, Misir hazırkı mərhələdə ona Mərkəzi Asiya və Yaxın Şərq regionundan təbii qazın Avropa bazarlarına ixracı üzrə mühüm layihə kimi baxır.

Onun sözlərinə görə, boru kəməri layihəyə cəlb olunmuş maraqlı ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə iqtisadi və investisiya əməkdaşlığını dəstəkləməyə kömək edəcək.

"Misir və Avropa İttifaqı strateji tərəfdaşdır, ona görə biz bu boru kəməri ilə qaz ixracının imkanlarının öyrənilməsini dəstəkləyirik. Bu məsələlərlə səlahiyyətli Misir hakimiyyəti məşğul olur", - nazir deyib. - "Misir enerjidaşıyıcılarının nəqli üzrə layihələri dəstəkləyir və dünya səviyyəsində qaz sənayesində öz rolunu möhkəmləndirməyə çalışır".

Onun sözlərinə görə, Misir öz təbii qazından istifadənin genişləndirilməsi üçün çox işlər görüb, bu da ərəb regionunda qaz nəqli üzrə mühüm layihələrdən biri olan ərəb qaz kəmərini reallığa çevirib. "Onun rolu xüsusilə qaz kəmərinin Suriyadakı Aleppo məntəqəsindən Türkiyə sərhədinə qədər qaz kəmərinin inşasınadək aparılan işlərin başa çatmasından sonra enerjiresurslarla təminolunma üzrə Misir -Ərəbistan - Aralıq dənizi əməkdaşlığı nəticəsində artır", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti