...

İranda narkotik qaçaqmalçılığı ilə məşğul olan 863 dəstə zərərsizləşdirilib

Siyasət Materials 24 May 2010 16:54 (UTC +04:00)
Ötən iki ay ərzində İranda narkotik qaçaqmalçılığı ilə məşğul olan 863 dəstə zərərsizləşdirilib. Bunu İranın Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həmidrza Hüseynabadi deyib.
İranda narkotik qaçaqmalçılığı ilə məşğul olan 863 dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir T.Cəfərov/

Ötən iki ay ərzində İranda narkotik qaçaqmalçılığı ilə məşğul olan 863 dəstə zərərsizləşdirilib. Bunu İranın Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həmidrza Hüseynabadi deyib. Bu barədə Trend İran polisinin xəbər saytına istinadən məlumat verir.

Hüseynabadi bildirib ki, bu müddət ərzində 74 ton 450 kiloqram müxtəlif növ narkotik maddə müsadirə olunub.

Onun sözlərinə görə, ötən iki ay ərzində 32 713 nəfər narkotik maddə alverçisi həbs olunb.

"Ötən iki ay ərzində 4 ton 890 kiloqram heroin, 985 kiloqram morf, 56 ton 700 kiloqram tiryək, 10 ton 500 kiloqram həşiş və digər növ müxtəlif narkotik maddələr müsadirə olunub", - Hüseynabadi deyib.

Hüseynabadi həmçinin bu müddət ərzində 2 626 806 ədəd narkotik maddə olan həblərin müsadirə olunduğunu deyib.

Hüseynabadi əlavə edib ki, polis narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan dəstələrin ölkədə rahat fəaliyyət göstəriməsinə heç zaman imkan verməyəcək. Onlar asudəliklə bu ölümcül maddələri ölkədə daşıya bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti