...

Milli Məclisin deputatı Qənirə Paşayeva "X Doha Forumu"nda iştirak etmək üçün Qətərə yola düşəcək

Siyasət Materials 28 May 2010 14:26 (UTC +04:00)
Milli Məclisin deputatı Qənirə Paşayeva mayın 29-da “X Doha Forumu”nda iştirak etmək üçün Qətərə yola düşəcək
Milli Məclisin deputatı Qənirə Paşayeva "X Doha Forumu"nda iştirak etmək üçün Qətərə yola düşəcək

Azərbaycan, Bakı, 28 may /Trend/

Milli Məclisin deputatı Qənirə Paşayeva mayın 29-da "X Doha Forumu"nda iştirak etmək üçün Qətərə yola düşəcək.

Forum Qətər dövlətinin Xarici İşlər Nazirliyi, Qətər Universitetinin İctimai, İqtisadi Tədqiqatlar Mərkəzi və ölkənin İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Beynəlxalq dialoqa həsr olunmuş tədbirdə iqtisadi, sosial, humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Qənirə Paşayeva forumda çıxış edərək tədbir iştirakçılarına Azərbaycandakı ictimai-siyasi vəziyyət, iqtisadi inkişaf, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə məlumat verəcək. Səfər çərçivəsində millət vəkili tədbirdə iştirak edən nümayəndə heyətlərinin üzvləri ilə bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti