...

Ərəb politoloqları Türkiyə - İsrail münasibətlərinin gələcəyi ilə bağlı müxtəlif fikirdədirlər

Siyasət Materials 4 İyun 2010 12:17 (UTC +04:00)
Ərəb politoloqları İsrailin "Azadlıq donanması" humanitar konvoyuna hücumundan sonra,Türkiyə - İsrail münasibətlərinin gələcək inkişafı ilə bağlı fikir müxtəlifliyinə malikdirlər.
Ərəb politoloqları Türkiyə - İsrail münasibətlərinin gələcəyi ilə bağlı müxtəlif fikirdədirlər

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ü.Sadıqova/

Ərəb politoloqları İsrailin "Azadlıq donanması" humanitar konvoyuna hücumundan sonra,Türkiyə - İsrail münasibətlərinin gələcək inkişafı ilə bağlı fikir müxtəlifliyinə malikdirlər.

Tanınmış ərəb politoloqu Əkrəm Huzamın fikrincə, Türkiyənin İsrailə münasibətdə addımları ciddi xəbərdarlıq idi, lakin ölkələr arasında münasibətlərin pisləşməsinin daha ciddi miqyas alacağı güman edilmir.

"Türkiyənin reaksiyasına baxmayaraq, çətin ki, hadisələr daha ciddi şəkil alsın", - deyə Huzam Trend-ə telefonla bildirib.

Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması"na hücum etməsindən sonra kəskin şəkildə pisləşib. Hücum nəticəsində 9 nəfər, o cümlədən, 8 türk vətəndaşı həlak olub, 19 nəfər yaralanıb. Bəzilərinin itkin düşdüyü hesab olunur.

Türkiyə Parlamenti çərşənbə günü hökumətdən İsraillə münasibətlərə yenidən baxmağı tələb edib.

Huzam hesab edir ki, Türkiyə ilə əməkdaşlığın qorunub-saxlanması İsrailin əlindədir.

"Əgər İsrail belə vacib müttəfiqini itirmək istəməsə, o, Türkiyə hökumətinə təzminat ödəməlidir", - Huzam bildirib.

Yaxın Şərq siyasəti üzrə digər ərəb politoloqu Hüseyn Məhəllinin fikrincə, Türkiyə donanmada ölən vətəndaşlarından İsraillə münasibətlərdəki parçalanmanın dərinləşməsi hədəsi ilə əsas vasitə kimi istifadə edə bilər.

Məhəlli hesab edir ki, Ankara Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün daha sərt tədbirlərə əl ata bilər.

"Türkiyə artıq Fələstin - İsrail münaqişəsində neytral tərəf yox, onun nizamlanmasında iştirakçılardan biridir", - Məhəlli Trend-ə bildirib.

Türkiyənin dövlət naziri Egemen Baxış bazar günü jurnalistlərə bildirib ki, Türkiyə  aralarında türk vətəndaşlarının da olduğu beynəlxalq fəallara qarşı törətdiyi hərəkətə görə İsrailin üzr istəməsini gözləyir.

"Bu andan etibarən Türkiyə öz siyasətini İsrailin mövqeyinə uyğun müəyyən edəcək", - Anadolu agentliyi Baxışın dediklərindən sitat gətirib.

Materialın yazılmasında R.Hafizoğlu iştirak edib.

Xəbər lenti

Xəbər lenti