...

Serj Sarkisyan adlı çıxılmaz vəziyyət – Trend-in icmalçısı

Siyasət Materials 19 İyun 2010 12:36 (UTC +04:00)

Elmira Tarıverdiyeva, Trend-in Avropa redaksiyasının icmalçısı

Ölkələrin siyasi liderlərinin hazırda nə danışdıqları və nə etdikləri deyil, bu danışıqların və fəaliyyətin öz prezidentini seçən xalq və ölkənin uzunmüddətli perspektivlərinə aparması mühakimə olunur. Doğrudur, Ermənistanda Serj Sarkisyanı hakimiyyətə gətirən seçkilərin nə dərəcədə legitim olduğu maraqlı sualdır. Lakin indi söhbət Ermənistan Prezidentinin ölkə başçısı kimi hansı addımlar atmasından gedir.

Prezident Serj Sarkisyan dünya erməniləri diasporuna təsir göstərmək və yaxud uğurlu xarici siyasət yürütmək iqtidarındadırmı? O, öz ölkəsini böyük geosiyasi dalana dirəyib.

Yerevanın Ankara ilə münasibətlərin normallaşdırılması üzrə dünya ictimaiyyətinin bütün səylərini puça çıxaran uğursuz siyasətindən dəfələrlə danışmağa, təkrarlamağa ehtiyac yoxdur. Halbuki, qonşu dövlətlə münasibətləri normallaşdırmaq Ermənistana xeyli iqtisadi və siyasi bonuslar bəxş edə bilərdi. Bu da aydındır ki, Dağlıq Qarabağ münaqişəsi və qondarma "soyqırım" məsələsində Ermənistanın barışmaz mövqeyi erməni-türk münasibətlərinin normallaşması prosesinə mənfi təsir edib.

İndi isə Ermənistan müşahidəçilər, vasitəçilər və dünya ictimaiyyətinin son iki il ərzində səy göstərdiyi Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamalanması ilə bağlı bütün ümidlərini itirib.

İyunun 17-də Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında keçirilmiş son üçtərəfli görüş irəliləyişlər üçün yeni ümidlərə yol açdı, lakin qeyd etmək lazımdır ki, bu ümidlər birmənalı və aydın deyil.

Bu, Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən altıncı görüş idi. Prezidentlər İlham Əliyev və Sarkisyanın dialoqları davam etdirməyə hazır olmadıqlarını nəzərə alsaq, sonuncu görüşdən sonra böyük müvəffəqiyyət əldə edilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov bildirib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə görüşlərin kəmiyyətini keyfiyyətə keçirməyin vacibliyini dərk etməyini istərdik.

ATƏT-in Minsk qrupu həmsədrlərinin irəli sürdüyü Madrid prinsipləri əvvəlki kimi danışıqlar masasında yeganə sənəd olaraq qalır. Yeganə və təəssüflər olsun ki, mücərrəd.

Tərəflər heç cür bu sənədin qəti məzmunu barədə razılığa gələ bilmirlər. Lakin sənəd üzərində işlərin hər iki tərəfin fikrinə əsasən getdiyi bir vaxtda belə, Yerevan vaxtı və danışıqlar prosesini uzatmağa çalışır.

2010-cu ilin yanvar ayında Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında keçirilən üçtərəfli görüşdə Minsk qrupu həmsədrləri hər iki münaqişə tərəfi ilə razılaşaraq hazırladıqları Madrid sənədinin yenilənmiş variantını təqdim ediblər.

Lakin yenilənmiş prinsiplərin əsas müddəalarını dərhal qəbul edən Azərbaycan taym-aut götürən və yarım il uzaqlaşan Ermənistanın bu cür reaksiyasını gözləmirdi.

Yerevan regionda obyektiv səbəblərə görə Bakını qane etməyən çətinləşmiş mövcud vəziyyəti dəyişmək istəməyərək vaxtı uzatmaq niyyətindədir.

Bununla da, Sarkisyan Bakını daim hərbi bəyanatlar verməkdə günahlandıraraq məntiqsiz addımlar atmaqla və dünya ictimaiyyətinin fikrinə etinasız yanaşmaqla öz ölkəsini çətin vəziyyətə salır.

NATO-un baş katibi Anders Foq Rasmussenlə keçirilmiş birgə mətbuat konfransında baş katibin alyansın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə bilavasitə cəlb olunmaması bəyanatı Sarkisyan tərəfindən qəribə qarşılanıb. O, etiraz edib ki, nə indi, nə də əvvəl eşitməyib ki, NATO-nun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində heç bir rolu olmasın.

Sarkisyan özü geosiyasi fəaliyyətində dolaşığa düşüb. Vəziyyətin düzəldilməsi üçün konkret heç bir addım atmayan Ermənistan bütün siyasi cəbhələrdə öz vəziyyətini gərginləşdirir.

Xəbər lenti

Xəbər lenti