...

Azərbaycanda Polşa Prezidenti seçkilərində Komorovski liderlik edir

Siyasət Materials 21 İyun 2010 11:05 (UTC +04:00)
Polşa Prezidenti səlahiyyətlərinin icraçısı, Seymin spikeri Bronislav Komorovski ("Vətəndaş platforması" Liberal Partiyasından) növbədənkənar prezident seçkilərində liderlik edir. Bu barədə Polşanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Azərbaycanda Polşa Prezidenti seçkilərində Komorovski liderlik edir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir S.Ağayeva/

Polşa Prezidenti səlahiyyətlərinin icraçısı, Seymin spikeri Bronislav Komorovski ("Vətəndaş platforması" Liberal Partiyasından) növbədənkənar prezident seçkilərində liderlik edir. Bu barədə Polşanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Polşa MSK Polşanın Azərbaycandakı Səfirliyində "22-ci nömrə" altında seçki məntəqəsi təşkil edib. Bu seçki məntəqəsində səs verənlərdən otuzdan on yeddisi Komorovskiyə, altısı  Yaroslav Kaçinskiyə, dördü Napierayskiyə və üçü Oleçkovskiyə səs verib. Bu barədə Trend-ə səfirliyin ikinci katibi Yan Brodovski məlumat verib.

Polşada keçirilən еxit-polla görə, seçicilərin 45,7 faizi Bronislav Komorovskiyə, "Hüquq və ədalət" Mühafizəkarlar Partiyasının lideri Yaroslav Kaçinskiyə isə 33,2 faiz səs verib.

Aprelin 10-da Polşa Prezidenti Lex Kaçinski Smolensk yaxınlığında aviaqəzada faciəli şəkildə həlak olub. Bundan sonra ölkə Konstitusiyasına uyğun olaraq, dövlət başçısının səlahiyyətləri avtomatik olaraq aşağı palatanın spikeri Bronislav Komorovskiyə keçib. Qüvvədə olan qanunvericiliyə görə, Komorovski növbədənkənar seçkilərin keçirilməsi tarixini iyunun 20-nə təyin edib.

Xəbər lenti

Xəbər lenti