...

Referendum Qırğızıstana lazımdır – ATƏT PA-nın Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi

Siyasət Materials 23 İyun 2010 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir V.Javoronkova/

Qırğızıstan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum ölkəyə lazımdır. Referendum bazar ertəsinə nəzərdə tutulub. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kimmo Kilyunen belə hesab edir.

"Belə vəziyyətdə referendumu keçirmək asan iş deyil. Lakin başqa çıxış yolu da yoxdur", - Trend-ə Bişkəkdən telefonla Kilyunen bildirib və əlavə edib ki, referendum keçirilməsə, ölkədə vəziyyət pisləşə bilər.

Onun sözlərinə görə, referendumun keçirilməsi ölkədə vəziyyətin sabitləşməsi və hakimiyyətin qanuniləşdirilməsi üçün vacibdir, belə ki, ölkəyə konstitusiya və gələcəkdə seçkilərin keçirilməsi lazımdır.

Kilyunen ümid etdiyini bildirib ki, Qırğızıstanın cənubunda baş verən və insan tələfatına səbəb olan iğtişaşlar bir daha təkrarlanmayacaq.

"Heç kəs gələcəkdə nə baş verəcəyini deyə bilməz. Lakin biz ümid edirik ki, daha demokratik sistem ölkədə vəziyyətin sabitləşməsinə kömək edəcək", - o deyib.

Cari ilin aprelində Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev devrildikdən sonra ölkəyə müvəqqəti hökumətin başçısı Roza Otunbayeva rəhbərlik edir.

Kilyunenin firincə, sözsüz ki, ölkənin cənubunda - Oşda baş verən faciə xalqın hakimiyyətə olan inamını sarsıdıb.

"Bu çox kədərlidir və bunu hamı anlayır, lakin bununla belə, bizim Bişkəkdə gördüyümüz kimi, xalq hələ ki hakimiyyətə inanır", - Kilyunen vurğulayıb. - "Mən Otunbayeva ilə görüşmüşəm və o, mənə bildirib ki, xalqın sabitliyə olan inamı indi daha çoxdur".

Xüsusi nümayəndə qaçqınların Özbəkistandan geriyə - Qırğızıstana qayıtması faktını qeyd edib və bunu "yaxşı əlamət" adlandırıb.

Xəbər lenti

Xəbər lenti