...

Azərbaycanda məhkəmə hökmləri ilə müsadirə olunmuş 2 ton 700 kq narkotik vasitələr məhv edilib

Siyasət Materials 24 İyun 2010 17:29 (UTC +04:00)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mmübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev cümə axşamı Trend-ə bildirib ki, məhv edilmiş narkotik vasitələr 350 cinayət işi üzrə müsadirə olunub.
Azərbaycanda məhkəmə hökmləri ilə müsadirə olunmuş 2 ton 700 kq narkotik vasitələr məhv edilib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il məhkəmə hökmləri ilə müsadirə olunmuş 2 ton 700 kq narkotik vasitələr məhv edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mmübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev cümə axşamı Trend-ə bildirib ki, məhv edilmiş narkotik vasitələr 350 cinayət işi üzrə müsadirə olunub.

Məhv edilən narkotiklərin 943 kiloqramdan çoxu həşiş, 280 kiloqrama yaxın heroin, 186 kiloqramdan çoxu marixuana, 68 kiloqramı tiryək, 14 minə yaxın ekstazi həbləri, 1200 kiloqramdan artıq çətənə kolu olub.

Əliquliyev daxili bazarda həşiş, heroin, marixuanadan daha çox istifadə olunduğunu vurğulayıb və qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində hüquq-mühafizə orqanları və digər qurumların səylərinin artırılmasına ehtiyac var.

26 iyun - Beynəlxalq Narkotiklərdən Sui-istifadə və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Günüdür. BMT hər il bu günü qeyd etməklə bütün dünyanı narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsinin səbəb olduğu problemlərə diqqət ayırmağa çağırır. Günün builki mövzusu "Sağlamlığa - Hə, Narkotiklərə - Yox"dur.

Xəbər lenti

Xəbər lenti