...

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərdə iştirak edəcəklər

Siyasət Materials 30 İyun 2010 14:08 (UTC +04:00)
Müdafiə Nazirliyi mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, hərbçilərimiz Azərbaycan - Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, iyulun 12-dən 23-dək İstanbulda xarici hərbi heyət üçün tabor komandirliyi kursunda, iyulun 12-dən avqustun 13-dək Ali Hərbi Dənizçilik Məktəbinin 3-cü kursunu bitirən kursantların "Açıq dəniz təlimi-3"də iştirak edəcəklər.
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan və Türkiyə hərbçiləri iyul ayında birgə hərbi təlimlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyi mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, hərbçilərimiz Azərbaycan - Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, iyulun 12-dən 23-dək İstanbulda xarici hərbi heyət üçün tabor komandirliyi kursunda, iyulun 12-dən avqustun 13-dək Ali Hərbi Dənizçilik Məktəbinin 3-cü kursunu bitirən kursantların "Açıq dəniz təlimi-3"də iştirak edəcəklər.

Hərbçilərimiz Azərbaycan - Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, 12-18 iyulda İstanbulda "Türk dili terminologiyası" təliminə, 19-30 iyulda isə "Kütləvi qırğın silahlarından müdafiə üzrə təlimatçılar" kursuna qatılacaqlar.

Xəbər lenti

Xəbər lenti