...

Azərbaycanın Tərtər şəhərində yerli sakinlərlə məcburi köçkünlər arasında qarşıdurma baş verib

Siyasət Materials 6 İyul 2010 19:34 (UTC +04:00)
İyulun 6-da saat 11:00 radələrində Tərtər şəhərində bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən qarşıdurma baş verib.
Azərbaycanın Tərtər şəhərində yerli sakinlərlə məcburi köçkünlər arasında qarşıdurma baş verib

Azərbaycan, Bakı, 6 iyul /Trend/

İyulun 6-da saat 11:00 radələrində Tərtər şəhərində bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən qarşıdurma baş verib. Nəticədə hər iki tərəfdən bədən xəsarəti alan olub, o cümlədən dörd yerli sakin rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qarşıdurma zamanı bir neçə ticarət və iaşə obyektinə ziyan dəyib. Bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri məlumat verib.

"Görülmüş operativ tədbirlərlə ictimai qayda bərpa olunub. Xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşı yüngül xəsarət alıb", - məlumatda deyilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Qarşıdurmanın səbəblərinin yerində araşdırılması və gələcəkdə təkrarlanmaması üçün adekvat tədbirlərin görülməsi məqsədilə rayona Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət qrup ezam olunub.

Xəbər lenti

Xəbər lenti