Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasinin Prezidenti cənab Kristian Vulfa Duysburq şəhərində baş vermiş faciəyə görə başsağlığı verib, - AzərTAc Dövlət Agentliyi xəbər verir.
"Cənab Prezident, Duysburq şəhərində baş vermiş faciə barədə xəbər məni olduqca sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - başsağlığında deyilir.