...

Abdullah Gülün Azərbaycana səfəri strateji əməkdaşlığın təsdiq olunması baxımından əhəmiyyətlidir – müxalifətçi deputat

Siyasət Materials 13 Avqust 2010 18:04 (UTC +04:00)
Azərbaycanın müxalif Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu hesab edir ki, Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana nəzərdə tutulan səfəri strateji əməkdaşlığın təsdiq olunması baxımından olduqca əhəmiyyətlidir.
Abdullah Gülün Azərbaycana səfəri strateji əməkdaşlığın təsdiq olunması baxımından əhəmiyyətlidir – müxalifətçi deputat

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu hesab edir ki, Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana nəzərdə tutulan səfəri strateji əməkdaşlığın təsdiq olunması baxımından olduqca əhəmiyyətlidir.

"Azərbaycan-Türkiyə arasında olan dialoqun, işbirliyinin, strateji əməkdaşlığın gündəmdə olduğunu bir daha təsdiq etmək üçün belə bir görüşün olması vacibdir", - bu barədə cümə günü Trend-ə BQP sədri Fazil Qəzənfəroğlu bildirib.

Avqust ayının 16-17-də Türkiyə Prezidenti Abdullah Gül Azərbaycanda rəsmi səfərdə olacağı nəzərdə tutulur.

"Türkiyə-Ermənistan münasibətləri kontekstində baş verən bütün yeniliklər, yaxud danışıqlar barədə qarşılıqlı bilgiləndirmə və fikir mübadiləsi səfərin əsas məzmununu təşkil edəcək. Ona görə mən bunu mühüm və əhəmiyyətli işgüzar səfər kimi qiymətləndirirəm", - Qəzənfəroğlu deyib.

Xəbər lenti

Xəbər lenti