...

Azərbaycan MSK-sı dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslara başlayır

Siyasət Materials 20 Avqust 2010 16:02 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır.
Azərbaycan MSK-sı dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslara başlayır

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır. Bu barədə MSK mətbuat xidmətindən bildiriblər.

Kursların keçirilməsində məqsəd seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.

Kursların açılış mərasimində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel və digər rəsmi şəxslər iştirak edəcəklər.

Avqustun 23-dən 29-dək keçiriləcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, daxili işlər nazirinin müavini Oruc Zalov, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Apelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.

Mərkəzi Seçki Komissiyası 2007 və 2009-cu illərdə də aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.

Xəbər lenti

Xəbər lenti