...

Azərbaycan və Türkiyənin region deputatlarının əlaqələrinin gücləndirilməsi işinə start verilib

Siyasət Materials 25 Avqust 2010 13:28 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə TÜRK PA-nın baş katibi Ramil Həsənov bildirib.
Azərbaycan və Türkiyənin region deputatlarının əlaqələrinin gücləndirilməsi işinə start verilib

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və Türkiyənin region millət vəkillərinin əlaqələrinin gücləndirilməsi işinə start verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə TÜRK PA-nın baş katibi Ramil Həsənov bildirib.

Baş katibin sözlərinə görə, Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri zamanı belə bir razılıq əldə olunub.

Razılığa əsasən, ilkin olaraq, Azərbaycanın Şəki və Türkiyənin Bursa şəhərlərindən olan millət vəkilləri arasında belə bir əməkdaşlıq həyata keçiriləcək.

Həsənov deyib ki, bu əməkdaşlıq çərçivəsindən hər iki regiondan olan millət vəkilləri ilə bərabər, regionda fəaliyyət göstərən iş adamları da əlaqələri inkişaf etdirəcəklər.

"Bu, eyni zamanda, regionların qarşılıqlı surətdə bir-birlərini iqtisadi, siyasi, mədəni, elmi cəhətdən daha yaxından tanımasında əhəmiyyətli olacaq. Görüşlərdə regiondan seçilmiş millət vəkilləri ilə bərabər, bölgələrdə olan iş adamları da iştirak edəcək və qarşılıqlı fəaliyyət göstərəcəklər", - baş katib deyib.

Türkdilli Ölkələrin Parlament Assambleyasi (TÜRK PA) 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzalamış olduğu Sazişlə təsis olunub.

29 sentyabr 2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) ilk plenar sesiyası keçirilib.

TÜRK PA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçir.

TÜRK PA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat stausuna malik qurumdur.

Xəbər lenti

Xəbər lenti