...

Misirdə AES-in inşası İran əleyhinə ola bilər - ekspertlər

Siyasət Materials 28 Avqust 2010 09:00 (UTC +04:00)
Misirdə AES-in inşası daxili enerji tələbatını ödəməyə istiqamətlənsə də, Qahirənin bu addımı İrana əleyhinə hərəkət kimi istisna olunmur.
Misirdə AES-in inşası İran əleyhinə ola bilər - ekspertlər

Аzərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Ü.Sadıxova/

Misirdə AES-in inşası daxili enerji tələbatını ödəməyə istiqamətlənsə də, Qahirənin bu addımı İrana əleyhinə hərəkət kimi istisna olunmur.

"Buşəhrdə (İran) atom stansiyası fəaliyyət göstərməyə başladığı andan etibarən Misir öz AES-nin inşasını sürətləndirdi", - Trend-ə telefonla Rusiyamım Yaxın Şərqin öyrənilməsi üzrə İnstitutunun prezidenti Yevgeni Satanovski bildirib.

"Hesab etmirəm ki, AES-in tikintisi regionda hansısa ölkəyə qarşı yönəldilib və burada siyasi oyunlar nəzərdə tutulur", - Trend-ə telefonla Şəriq Karolina Universitetinin professoru Cəlil Rövşəndil deyib.

Misir Prezidenti Hüsni Mübarək bu həftə ölkədə, eləcə də Aralıq dənizi regionunda ilk atom elektrik stansiyasının tikintisi üçün yeri elan edib ki, bu stansiyanın işə başlaması 2020-ci ildə gözlənilir. Xəbəri Misir KİV yayıb.

Misir liderinin rəsmi nümayəndəsi Süleyman Əvəzin sözlərinə görə, prezidentin qərarına əsasən, ilk atom stansiyası planlaşdırıldığı kimi İsgəndəriyyədən qərbdə yerləşən Dəba rayonunda qurulacaq.

Misir rəsmiləri bəyan edirlər ki, sülh atomu ölkənin enerjiyə olan tələbatını təmin etməyə imkan verəcək. Proqramın həyata keçirilməsi mərhələsində ölkə səkkiz atom reaktoru almağı planlaşdırır.

Rusiyalı ekspertin fikrincə, son yarım əsr ərzində Misir yaxınlığında Dimondakı atom stansiyası ilə nüvəyə malik İsrail mövcud olub, lakin Qahirə buna qarşı heç bir tədbir görməyib, çünki onun son 30 ildəki fəaliyyəti İrana qarşı yönəlib.

Mübarəkin bəyanatı İranın cənub limanı Buşəhrdə avqustun 21-də Rusiya və İran mütəxəssisləri eyniadlı stansiyanın birinci reaktorunu yanacaqla doldurmağa başladıqdan sonra verilib.

"İranda atom stansiyası işə salındıqdan sonra Yaxın Şərq regionunun Səudiyyə Ərəbistanı, Misir və Türkiyə kimi digər böyük dövlətləri çətin ki nüvəsiz qalmaq istəsinlər", - Satanovski aydınlıq gətirib.

Lakin ərəb ekspert Əkrəm Xuzam hesab edir ki, atom elektrik stansiyası müstəsna olaraq Misirin daxili enerji tələbatının ödənilməsi üçün istifadə ediləcək.

"Misirdəki AES nə coğrafi baxımdan uzaq olan İrana, nə də Qahirənin ərəb ölkələri içərisində ilk dəfə olaraq sülh sazişi bağladığı İsrailə qarşı yönəlməyib", - telefonla Trend-in Ekspertlər Şurasının üzvü Xuzam deyib.

Xuzamın sözlərinə görə, daxili enerji bazarını təmin etmək qabiliyyətinə malik olmamaqla bağlı təhlükə, bəzi Afrika ölkələrinin elektrik enerjisi və kənd təsərrüfatı əkinçiliyinin mənbəyi olan Nil çayı hövzəsinin su resurslarının bölüşdürülməsi üzrə sazişdən çıxacaqları ilə bağlı təhdidlərindən sonra yaranıb.

Əvvəlki razılaşmalar əsasında Nil çayının suyundan istifadə üzrə saziş Misirin daxil olduğu Nil hövzəsinin Təşəbbüs Qrupu (NHTQ) tərəfindən tənzimlənir. Hazırda NHTQ ölkələri yeni çərçivə sazişi hazırlayırlar, lakin Misir onun hazırlanmasına mane olur və onun suların bölüşdürülməsində payını azalda biləcək (55,5 milyard kubmetr) istənilən layihəyə qarşı qətiyyətlə çıxış edir.

Bundan başqa, Misir Yaxın Şərqin nüvə silahından azad olunmasının tərəfdarı kimi çıxış edir, başlıca olaraq "İsrailin nüvə potensilaının məxfiləşdirilməsi"ni və İranın nüvə proqramının inkişafını tənqid edir.

Yaxın Şərqdə təhlükəsizlik məsələləri üzrə amerikalı ekspert Rövşəndilin fikrincə, son vaxtlar misirlilər atom potensialından istifadə ilə bağlı öz yanaşmalarına yenidən baxırlar.

"Onlar ilk dəfə özlərinin nüvə silahından azad zonanın yaradılması ideyası barədə bəyan edəndə [nüvə arsenalından] dinc məqsədlər üçün istifadədən imtina etməyi nəzərdə tuturdular. Lakin bu müddət ərzində İran öz nüvə proqramının dinc niyyətləri barədə elan etdi, - Rövşəndil bildirib. - Ona görə də bunu görən Misir nüvə proqramlarının dinc və hərbi məqsədlər üçün inkişafı arasında fərqləndirmə apardı".

Kütləvi qırğın silahlarının öyrənilməsi sahəsində ixtisaslaşmış Rövşəndilin sözlərinə görə, Misir də, İran da öz nüvə planlarının dinc xarakteri haqqında bəyan edirlər, baxmayaraq ki, nüvə texnologiyalarından iki cür - həm mülki, həm də hərbi məqsədlər üçün istifadə etmək olar.

Ona görə də, onun fikrincə, hazırkı mərhələdə Misirin Aralıq dənizi sahillərində AES tikməsi konkret olaraq regionda hansısa qüvvəyə, o cümlədən, İrana qarşı yönəlməyib.

Regionda qüvvələr arasında balansın pozulması hansısa ölkənin nüvə potensialının inkişaf etdiyi və hərbi məqsədlər üçün istifadə edildiyi zamanda pozulur.

Misirdə artıq İnşasdakı tədqiqat mərkəzində əsasən izotopların alınması üçün nəzərdə tutulmuş iki sınaq atom reaktoru mövcuddur. Beynəlxalq Atom Enerjisi Agentliyi hər iki reaktora nəzarət edir. Bundan başqa, Misir əhəmiyyətli uran filizi ehtiyatlarına malikdir.

Xəbər lenti

Xəbər lenti