Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir M.Əliyev/
Abşeron rayonunda baş verən silahlı insidentlə bağlı Cinayət Məcəlləsinin xüsusi və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə (120.2.4) maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə şənbə günü Trend-ə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Sentyabrın 18-nə keçən gecə rayonun Novxanı qəsəbəsi sakini, 1952-ci il təvəllüdlü Rahib Ağadadaşov yaşadığı evdə naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Onun oğlu, 1979-cu il təvəllüdlü Balabəy Ağadadaşova isə baş nahiyəsindən küt alətlə ağır xəsarət yetirilib.