...

Azərbaycanda azad, ədalətli və demokratik seçkilərin keçiriləcəyinə ümid edirik - AŞ PA sədri

Siyasət Materials 4 Oktyabr 2010 14:37 (UTC +04:00)
Azərbaycanda azad, ədalətli və demokratik seçkilərin keçiriləcəyinə ümid edirik.
Azərbaycanda azad, ədalətli və demokratik seçkilərin keçiriləcəyinə ümid edirik - AŞ PA sədri

Fransa, Strasburq, 4 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycanda azad, ədalətli və demokratik seçkilərin keçiriləcəyinə ümid edirik. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu qurumun bazar ertəsi öz işinə başlayan plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri oncəsi vəziyyətə münasibət bildirərkən deyib.

"Ümid edirik ki, Azərbaycanda azad, ədalətli və demokratik seçkilər keçiriləcək. Bakıya cari ilin aprel ayında rəsmi səfərim zamanı da qeyd etdiyim kimi, bu, Azərbaycanın Avropa Şurasına üzv olmasının 10 illiyini qeyd etməyin ən yaxşı yolu olardı", - AŞ PA sədri qeyd edib.

Çavuşoğlu bildirib ki, AŞ PA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

"AŞ PA Azərbaycandakı növbəti parlament seçkilərini müşahidə edəcək. Bu məqsədlə qurumun seçki öncəsi missiyası seçkilərdən bir ay əvvəl Bakıya səfər edəcək. Bundan sonra bu missiyanın vəziyyətlə bağlı rəy və nəticələrini görəcəyik", - AŞ PA sədri bildirib.

Azərbaycanın Milli Məclisinə seçkilər noyabrın 7-də keçiriləcək.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti