...

Türkiyə-Ermənistan protokollarının ratifikasiya olunmaması Ankaranın şərtləri ilə bağlıdır – "Daşnaksutyun" nümayəndəsi

Siyasət Materials 11 Oktyabr 2010 17:05 (UTC +04:00)
Türkiyə və Ermənistan arasında protokolların ratifikasiya olunmaması Ankaranın Dağlıq Qarabağ münaqişəsini əsas şərt kimi irəli sürməsi ilə bağlıdır.
Türkiyə-Ermənistan protokollarının ratifikasiya olunmaması Ankaranın şərtləri ilə bağlıdır – "Daşnaksutyun" nümayəndəsi

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir Т.Hacıyev/

Türkiyə və Ermənistan arasında protokolların ratifikasiya olunmaması Ankaranın Dağlıq Qarabağ münaqişəsini əsas şərt kimi irəli sürməsi ilə bağlıdır. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Ermənistanın "Daşnaksutyun" İnqilab Federasiyasının "Ay dat" Yerevan ofisinin rəhbəri Kiro Manoyan deyib.

O ümid edir ki, gələcəkdə Türkiyə və Ermənistan arasında dialoq yaranacaq. "Ankara və Yerevan arasında diplomatik münasibətlərin bərpası üçün Türkiyə bütün ilkin şərtlərdən imtina etməlidir, - Manoyan bildirib. - Yoxsa tərəflər arasında hər hansı əlaqə qurmaq qeyri-mümkün olacaq.

Ötəni ilin oktyabr ayında Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan Sürixdə iki ölkə arasında 1993-cü ildə pozulmuş ikitərəfli münasibətlərin yaxşılaşdırılmaşı haqqında protokollar imzalayıblar. Protokolların qüvvəyə minməsi üçün sənədlər hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunmalı idi.

Türkiyə hökuməti bəyan edib ki, Ankara və Yerevan arasında münasibətlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edildikdən sonra bərpa olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Manoyan bazar ertəsi Azərbaycan paytaxtında keçirilən "Sosialisit İnternasionalı"nın MDB, Qafqaz və Xəzər hövzəsi üzrə regional konfransında iştirak edir.

Xəbər lenti

Xəbər lenti