...

Demokratiya məqsəd deyil, cəmiyyətdə harmoniyaya nail olmağın üsuludur – RF Dövlət Dumasının deputatı

Siyasət Materials 28 Oktyabr 2010 12:24 (UTC +04:00)
Barəsində bu qədər çox danışılan demokratiya məqsəd deyil, şəxsiyyətin tam inkişafı və harmoniyasına nail olmaq üçün alətdir. Dövlət Dumasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Vladimir Pligin hesab edir.
Demokratiya məqsəd deyil, cəmiyyətdə harmoniyaya nail olmağın üsuludur – RF Dövlət Dumasının deputatı

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Barəsində bu qədər çox danışılan demokratiya məqsəd deyil, şəxsiyyətin tam inkişafı və harmoniyasına nail olmaq üçün alətdir. Dövlət Dumasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Vladimir Pligin hesab edir.

"Demokratiyadan danışarkən, belə bir sual yaranır: ölkəni və xalqı demokratiyaya məcbur etmək olarmı? Təcrübənin göstərdiyi kimi - yox", - Pligin "Vətəndaş cəmiyyətinin inkişafında parlamentlərin rolu" mövzusunda "dəyirmi masa"nın açılışında bildirib.

Avrasiya Araşdırmaları İnstitutunun təşkil etdiyi iclasda Azərbaycan və Rusiyanın nümayəndə heyətləri təmsil olunub.

Pliginin sözlərinə görə, dövləti dağıtmaq asan, lakin bərpa etmək çətindir; tarixdə, demək olar, belə nümunə yoxdur. O hesab edir ki, hakimiyyətin, ilk növbədə, dövlətin qorunub-saxlanması haqqında düşünməsi vacibdir.

"Biz bir dəyərin digərinə mürəkkəb keçidi dövründə yaşayırıq. Və Parlament də qanunverici hakimiyyət orqanı kimi, cəmiyyətdəki dəyərlər arasında konsensus və balansın qorunub-saxlanmasına kömək edən institut rolunu oynayır", - Pligin bidlirib.

Onun sözlərinə görə, bugünkü "dəyirmi masa"nın bir çox iştirakçıları üçün Azərbaycanla əlaqə dərin şəxsi köklərə malikdir.

"Biz bu gün demokratiya və dövlətçiliyin ən mühüm məsələlərini müzakirə etmək üçün burada olduğumuza şadıq", - Pligin deyib.

Xəbər lenti

Xəbər lenti