...

Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsi praktik olaraq razılaşdırılıb – Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Noyabr 2010 20:16 (UTC +04:00)
Bakıda beş Xəzəryanı ölkənin xarici işlər nazirləri müavinlərinin iclasının yekunları üzrə Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin əsas aspektləri razılaşdırılıb, eləcə də Xəzəryanı ölkələrin dövlət başçılarının birgə bəyannaməsi müzakirə edilib. Bu barədə iclasın yekunları ilə bağlı brifinqdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsi praktik olaraq razılaşdırılıb – Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov (ƏLAVƏ OLUNUB)

RED. əlav.: birinci abzasdan sonra Xələf Xıləfovun dedikləri əlavə olunub

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir M.Əliyev/

Bakıda beş Xəzəryanı ölkənin xarici işlər nazirləri müavinlərinin iclasının yekunları üzrə Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin əsas aspektləri razılaşdırılıb, eləcə də Xəzəryanı ölkələrin dövlət başçılarının birgə bəyannaməsi müzakirə edilib. Bu barədə iclasın yekunları ilə bağlı brifinqdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Biz Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin bütün əsas məsələri ilə bağlı ümumi razılığa gəldik. Sonra hər bir ölkə bu sazişin daxili prosedurunu razılaşdıracaq", - Xələfov qeyd edib.

O ümid etdiyini bildirib ki, bu layihə Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində müzakirəyə təqdim olunacaq.

Xələfovun sözlərinə görə, Xəzəryanı ölkələrin dövlət başçılarının birgə bəyannaməsi bu formatda noyabrın 9-10-da İranda, eləcə də noyabrın 15-16-da Bakıda işçi qrupları tərəfindən müzakirə ediləcək.

"Birgə bəyannamə regional əməkdaşlığı, regionda sabitliyin təmin olunmasını, beynəlxalq səviyyədə birgə fəaliyyəti nəzərdə tutur", - nazir müavini vurğulayıb.

"Biz Xəzəryanı ölkələrin dövlət başçılarının birgə bəyannaməsini razılaşdırmaq niyyətindəyik, belə ki, ona hüquqi status sahəsində konvensiyanın razılaşdırılması daxildir", - Xələfov qeyd edib.

Noyabrın 3-4-də Bakıda Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin razılaşdırılması üzrə beş Xəzəryanı ölkənin xarici işlər nazirləri müavinlərinin iclası keçirilib.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstan ilə Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəzəryanı ölkələrin dövlət başçılarının görüşü noyabrın 18-də Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti