...

Azərbaycan Ədliyyə Nazirliyinin 1 saylı cəzaçəkmə müəssisində 1068 seçici parlament seçkilərində iştirak edir

Siyasət Materials 7 Noyabr 2010 11:57 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyinin 1 saylı cəzaçəkmə müəssisində yaradılan 24 saylı Nizami birinci seçki dairəsinin 33 saylı seçki məntəqəsində səsvermə hüququ olan 1068 seçici parlament seçkilərində iştirak edir.
Azərbaycan Ədliyyə Nazirliyinin 1 saylı cəzaçəkmə müəssisində 1068 seçici parlament seçkilərində iştirak edir

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyinin 1 saylı cəzaçəkmə müəssisində yaradılan 24 saylı Nizami birinci seçki dairəsinin 33 saylı seçki məntəqəsində səsvermə hüququ olan 1068 seçici parlament seçkilərində iştirak edir.

Bu gün saat 11:30-a olan məlumat görə, müəssisədə 350-yə yaxın məhkum səs verib. Seçki müşahidəçilərinin mətbuata verdiyi məlumata görə, bu saata qədər seçkilərin gedişatında pozuntu qeydə alınmayıb.

Məhkumlar MSK-nın müəyyən etdiyi formatda hazırlanan xüsusi vəsiqələrlə səs verirlər.

Onlar bildiriblər ki, müəssisədə seçkilərlə bağlı lazımi maarifləndirmə işləri aparılıb.

Məhkumlar mətbuat və KİV vasitələri ilə həmin dairədən olan namizədlərin seçki platformaları ilə tanış olublar və seçkilərdə iştirak etmək üçün müəssisə rəhbərliyi tərəfindən onlara tam şərait yaradılıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Səsvermə yerli vaxtla 19:00-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti