...

Azərbaycanda seçkilərin gedişini xarici müşahidəçilər çox yüksək qiymətləndirirlər - Prezident Administrasiyasının rəhbəri (FOTO)

Siyasət Materials 7 Noyabr 2010 17:47 (UTC +04:00)
Seçkilərin gedişini xarici müşahidəçilər, o cümlədən Avropa İttifaqının parlament nümayəndələri çox yüksək qiymətləndirirlər.
Azərbaycanda seçkilərin gedişini xarici müşahidəçilər çox yüksək qiymətləndirirlər - Prezident Administrasiyasının rəhbəri (FOTO)

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 nömrəli seçki məntəqəsində səs verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Administrasiyanın rəhbəri Ramiz Mehdiyev mətbuata verdiyi müsahibəsində deyib ki, seçkilər sabit və sakit şəraitdə keçir.

Beynəlxalq müşahidəçilərin açıqlamalarında da müsbət rəyin formalaşdığını bildirən Ramiz Mehdiyev deyib: "Hesab edirəm ki, vəziyyət çox yaxşıdır. Bunu təkcə mən demirəm, seçkilərin gedişini xarici müşahidəçilər, o cümlədən Avropa İttifaqının parlament nümayəndələri çox yüksək qiymətləndirirlər. Dünən də bizim onlarla görüşümüz olub. Onlar da buna çox yüksək qiymət verirlər ki, Azərbaycanda sabitlik yaranıb, seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılıb. Bu gün də həqiqətən çox sakit, normal seçki keçirilir".

Dördüncü çağırış Milli Məclisə seçkilərin nəticələri ilə bağlı sualı cavablandıran akademik Ramiz Mehdiyev deyib: "Nəticələr keyfiyyətcə daha yüksək olacaqdır. Hər parlament seçkilərində biz yeni-yeni nailiyyətlər əldə edirik, parlamentə yeni təfəkkürə malik insanlar gəlirlər. Güman edirəm ki, bu dəfə də belə olacaqdır. Hər halda, namizədlərin tərkibi belə deməyə əsas verir".

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti