...

Türkmənistan və Türkiyə Prezidentlərinin görüşü keçirilib

Siyasət Materials 12 Noyabr 2010 11:12 (UTC +04:00)
Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəyə səfərə gələn Türkiyə Prezidenti Abdulla Güllə görüşü keçirilib. Bu barədə Türkmənistan hökumətinin mətbuat xidməti məlumat verib.
Türkmənistan və Türkiyə Prezidentlərinin görüşü keçirilib

Türkmənistan, Aşqabad, 12 noyabr /Trend, müxbir H.Həsənov/

Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəyə səfərə gələn Türkiyə Prezidenti Abdulla Güllə görüşü keçirilib. Bu barədə Türkmənistan hökumətinin mətbuat xidməti məlumat verib.

Dövlət rəhbərləri "tərəflərin bundan sonra da dostluq və qardaşlıq münasibətlərini inkişaf etdirməyə və hər vasitə ilə onu möhkəmləndirməyə sadiq qaldıqlarını" təsdiq ediblər.

Məlumatda deyilir ki, tərəflər növbəti yüksək səviyyəli görüşün hər iki tərəfin marağına xidmət edən səmərəli dövlətlərarası əməkdaşlığa yeni impuls verəcəyinə əminliklərini ifadə ediblər.

Cümə günü əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün geniş tərkibdə danışıqlar  aparılması planlaşdırılıb. Görüşün yekunları üzrə bir sıra hökumətlərarası sazişlər imzalanacaq.

"Hazırda yeni yüksəliş dövrünü yaşayan müasir dövlətlərarası münasibətlərin etibarlı əsasını tərəflərin konstruktiv dialoqu genişləndirmək üçün qarşılıqlı səyləri ilə bərabər iki qardaş xalqın tarixi-mədəni ümumiliyi də təşkil edir", - milli telakanal "Altın Əsir" cümə günü xəbər verib.

Türkiyə mənbələrinə görə, hazırda Türkiyə şirkətləri Türkmənistan ərazisində ümumi məbləği 19 milyard dollar təşkil edən layihələr həyata keçirirlər.

Türkmənistan bazarının sənaye, tikinti, ticarət, nəqliyyat kimi sahələrində Türkiyə kapitalının iştirakı ilə 600-ə yaxın müəssisə qeydiyyata alınıb. Türkiyə İran ərazisindən Türkmənistanın elektrik enerjisini idxal edir. Təbii qazın mümkün alışı ilə bağlı danışıqlar da aparılır.

Xəbər lenti

Xəbər lenti