...

Türkiyə Qafqazda sülhün və sabitliyin təmin olunması üçün səy göstərir - Prezident

Siyasət Materials 3 Dekabr 2010 15:55 (UTC +04:00)
Türkiyə Yaxın Şərq, Balkan və Qafqaz kimi regionlarda sülhün və sabitliyin təmin olunması məqsədilə mühüm təşəbbüslərlə çıxış edir. Bu barədə Türkiyə Prezidenti Abdullah Gül İstanbulda regional tərəfdaşlıq sammitində çıxışı zamanı bildirib.
Türkiyə Qafqazda sülhün və sabitliyin təmin olunması üçün səy göstərir - Prezident

Türkiyə Yaxın Şərq, Balkan və Qafqaz kimi regionlarda sülhün və sabitliyin təmin olunması məqsədilə mühüm təşəbbüslərlə çıxış edir. Bu barədə Türkiyə Prezidenti Abdullah Gül İstanbulda regional tərəfdaşlıq sammitində çıxışı zamanı bildirib. Məlumatı cümə günü TRT telekanalının rus xidməti yayıb.

Onun sözlərinə görə, Türkiyə regional məsələlərlə bağlı sıx əlaqələr həyata keçirir.

"Türkiyə özünün geostrateji vəziyyəti və tarixi ilə əlaqədar olaraq Yaxın Şərq, Balkan, Qafqaz, Aralıq dənizi regionu və Orta Asiyada sülhün, sabitliyin və firavanlığın inkişafı üçün maksimum səylər göstərir. Bizim xarici siyasətimiz bu vəzifələrin həyata keçirilməsinə yönəlib. Məhz buna görə də son illər İstanbulun siyasi, iqtisadi, maliyyə və diplomatik mərkəzə çevrilməsi üçün mühüm tədbirlər həyata keçirilir", - Gül bildirib.

Xəbər lenti

Xəbər lenti