...

Gürcüstanın Azərbaycandakı səfirinin namizədliyi cümə günü təsdiqlənəcək

Siyasət Materials 7 Dekabr 2010 10:44 (UTC +04:00)
Gürcüstan Parlamenti bu ölkənin Azərbaycandakı səfirinin namizədliyini cümə günü təsdiqləyəcək.
Gürcüstanın Azərbaycandakı səfirinin namizədliyi cümə günü təsdiqlənəcək

Gürcüstan, Tbilisi, 7 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamenti bu ölkənin Azərbaycandakı səfirinin namizədliyini cümə günü təsdiqləyəcək.

Gürcüstanın Braziliya, Meksika və Ermənistandakı səfirlərinin namizədliyi çərşənbə axşamı plenar iclasda təsdiqlənəcək. Parlamentin Xarici əlaqələr komitəsinin sədri Akaki Minaşvilinin qeyd etdiyi kimi, Latın Amerikası ölkələrindəki səfirlərin təqdim olunması çox vacibdir. Çünki Gürcüstanın indiyədək Braziliya və Meksikada səfiri olmayıb.

Onun sözlərinə görə, diplomatlar həmin ölkələrdə investisiyaların cəlb olunması planında da çalışacaqlar.

Meksikadakı səfir postuna Malxaz Mikeladze, Braziliyada Otar Berdzenişvili, Ermənistanda isə Tengiz Şarmanişvili təqdim olunublar.

Büro tərəfindən bu gün qərara alınıb ki, Parlament daha səkkiz ölkəyə səfirləri cümə günü keçirilən iclasında təsdiq etsin.

İsveçdəki səfir postuna Polşadakı keçmiş səfir Konstantin Kavtaradze, Polşaya isə Slovakiyadakı keçmiş səfir Nikiloz Nikolozişvili, Slovakiyaya xarici işlər nazirinin müavini Aleksandr Nalbandov, Azərbaycana isə İstanbulda baş konsul vəzifəsində çalışan Teymuraz Şaraşenidze təqdim olunublar. Aİ-də Zurab Çiaberaşvilini onun müavini Mamuka Qlonti əvəz edəcək. Çiaberaşvili özü isə İsveçrəyə səfir təyin olunacaq. Bundan başqa, Gürcüstanın Portuqaliya və Misirdə yeni səfirləri müvafiq olaraq Qoqa Qirgiladze və Arçil Dzulaşvili olacaq.

Xəbər lenti

Xəbər lenti