...

İlham Əliyev Burkina-Faso Prezidentini təbrik edib

Siyasət Materials 10 Dekabr 2010 18:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Burkina-Fasonun Prezidenti Blez Kompaoreni təbrik edib.
İlham Əliyev Burkina-Faso Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Burkina-Fasonun Prezidenti Blez Kompaoreni təbrik edib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Burkina-Fasonun milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında yaranmış münasibətlər daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Blez Kompaoreyə möhkəm cansağlığı, işlərində uğurlar, Burkina-Fasonun dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti