...

Azərbaycan Prezidenti məşhur fransız aktyoru Jerar Depardyeni qəbul edib

Siyasət Materials 13 Dekabr 2010 19:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi məşhur fransız aktyoru Jerar Depardyeni qəbul edib.
Azərbaycan Prezidenti məşhur fransız aktyoru Jerar Depardyeni qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi məşhur fransız aktyoru Jerar Depardyeni qəbul edib. Məlumatı AzərTaA Dövlət İnformasiya Agentliyi yayıb.

Jerar Depardye ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiyini vurğulayıb.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğundakı müstəsna rolunu qeyd edərək ölkəmizin inkişafı üçün çox böyük işlər gördüyünü bildirib.

Görüşdə Azərbaycanda kinematoqrafiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti