Dekabrın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumatı Prezidentin Mətbuat Xidmətinə istinad edərək AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
"Telefon danışığı zamanı xanım Klinton "Wikileaks" saytı vasitəsilə Azərbaycan haqqında yayılan məlumatlarla bağlı dərin təəssüfünü bildirərək Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasını özünün mühüm strateji tərəfdaşı hesab etdiyini və Azərbaycan ilə münasibətlərini bundan sonra da inkişaf etdirmək əzmində olduğunu vurğulamışdır", Mətbuat Xidmətinin məlumatında deyilir.