...

Azərbaycan kommunistləri Vyetnamın hakim partiyası ilə əlaqələri genişləndirmək niyyətindədirlər

Siyasət Materials 27 Dekabr 2010 14:35 (UTC +04:00)
Azərbaycan kommunistləri Vyetnamın hakim partiyası ilə əlaqələri genişləndirmək niyyətindədirlər

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Kommunist Partiyası (AKP) Vyetnamın hakim partiyası ilə əlaqələri genişləndirmək niyyətindədir. Bu barədə bazar ertəsi Trend-ə AKP sədri Rauf Qurbanov deyib.

"Bu məqsədlə AKP sədri Vyetnam Kommunist Partiyasının (VKM) yanvarın 5-də Hanoyda keçiriləcək XI Qurultayında iştirak edəcək", - Qurbanov bildirib.

Onun sözlərinə görə, qurultay zamanı 2011-2020-ci illər üçün sosial-iqtisadi inkişafın strategiyası müzakirə ediləcək və təsdiqlənəcək, VKM-in nizamnaməsinə əlavə və dəyişikliklər ediləcək.

Beş ildə bir dəfə çağrılan Vyetnam kommunistlərinin növbəti qurultayındaVKM-in 3,6 milyondan çox üzvünü təmsil edən 1400-ə yaxın nümayəndə iştirak edəcək.

AKP XX əsrin əvvəlində "Hümmət" təşkilatı kimi təsis edilib. Sonradan o, Azərbaycan Kommunist Partiyası (bolşevik) kimi fəaliyyət göstərməyə başlayıb. 1991-ci ildə fövqəladə qurultayda qəbul edilən qərara əsasən, partiyanın fəaliyyəti dayandırılıb. 1993-cü ilin noyabrında bərpa-təsis qurultayında partiyanın fəaliyyətinin bərpa edilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti