...

Gürcüstan-Azərbaycan demarkasiya danışıqları davam etdirilir – Gürcüstan XİN (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Dekabr 2010 20:15 (UTC +04:00)
Azərbaycan ilə demarkasiya sazişinə Gürcüstanın dövlət maraqları sayəsində nail olunmayacaq. Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bazar ertəsi ilin yekun mətbuat konfransında deyib.
Gürcüstan-Azərbaycan demarkasiya danışıqları davam etdirilir – Gürcüstan XİN (ƏLAVƏ OLUNUB)

Azərbaycan-Gürcüstan sərhədi haqqında arayış əlavə olunub

Gürcüstan, Tbilisi, 27 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan ilə demarkasiya sazişinə Gürcüstanın dövlət maraqları sayəsində nail olunmayacaq. Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bazar ertəsi ilin yekun mətbuat konfransında deyib.

"Azərbaycan ilə demarkasiya haqqında danışıqlar ona görə başa çatmayıb ki, müəyyən məsələlərlə bağlı razılaşma əldə edilməyib", - o bildirib.

"Tərəfimizdən müavinim David Calaqaniyanın başçılıq etdiyi hökumətlərarası komissiya çərçivəsində görüşləri iki ölkənin ekspert və diplomatları mütəmadi keçirirlər. Bu proses hər iki tərəf razılığa gələndən sonra başa çatacaq", - Vaşadze qeyd edib.

Nazir bildirib ki, bununla bağlı çox yazırlar və o, bu "incə mövzu"ya daha diqqətlə yanaşmağı tövsiyə edib.

Gürcüstan Azərbaycanın yeddi rayonu - Qazax, Ağstafa, Tovuz, Samux, Qax, Balakən və Zaqatala ilə 480 kilometr uzunluğunda həmsərhəddir. Tərəflər indiyə kimi dövlət sərhədlərinin 65 faizini razılaşdırıblar.

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası haqqında məsələnin həll edilməməsi Cənubi Qafqazın görməli yerlərindən biri olan David Qareci (Keşişdağ məbədi) monastır kompleksinin aqibətinə aiddir. David Qareci monastır kompleksi Tbilisinin cənub-şərqinin 60 kilometrliyində, Gürcüstan və Azərbaycanı ayıran dağın şimal yamacında yerləşir.

İyulda Bakıda Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının rəhbərləri olan Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və David Calaqaniya səviyyəsində məsləhətləşmələr aparılıb. Məsləhətləşmələrin yekunu üzrə Azərbaycan XİN "Sərhəd xətlərinin keçməsində irəliləyiş və razılaşma haqqında" və dövlət komissiyalarının birgə iclasının keçirilməsi barədə razılığın əldə olunmasına dair məlumat verib.

Xəbər lenti

Xəbər lenti