...

Azərbaycan və Bosniya və Herseqovina arasında əməkdaşlıq haqqında protokol imzalanıb (FOTO)

Siyasət Materials 12 Yanvar 2011 17:33 (UTC +04:00)
Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay "Azərbaycan Respublikasının və Bosniya və Herseqovinanın xarici işlər nazirlləri arasında əməkdaşlıq haqqında Protokol" imzalayıblar.
Azərbaycan və Bosniya və Herseqovina arasında əməkdaşlıq haqqında protokol imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir M.Əliyev/

Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay "Azərbaycan Respublikasının və Bosniya və Herseqovinanın xarici işlər nazirlləri arasında əməkdaşlıq haqqında Protokol" imzalayıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Xarici işlər nazirlərinin görüşündə Azərbaycan ilə Bosniya arasında əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunub. Nazir Məmmədyarov ölkələr arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə, lakin iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirərək, bu istiqamətdə fəallığın artırılmasına ehtiyac olduğunu deyib.

Alkalay Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələri daha da möhkəmləndirmək üçün dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin, iş və incəsənət adamlarının gediş-gəlişinin təşkil edilməsinin vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan Alkalay ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti