...

Yunanıstan Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Siyasət Materials 17 Yanvar 2011 14:58 (UTC +04:00)
Yunanıstan Prezidenti Karolos Papulias Azərbaycana rəsmi səfər edəcək. Səfər aprelin 4-6-na nəzərdə tutulub. Bu barədə bazar ertəsi Trend-ə Yunanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Yunanıstan Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir S.Ağayeva/

Yunanıstan Prezidenti Karolos Papulias Azərbaycana rəsmi səfər edəcək. Səfər aprelin 4-6-na nəzərdə tutulub. Bu barədə bazar ertəsi Trend-ə Yunanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Karolos Papulias Bakıya ötən ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana ikitərəfli əlaqələrin və münasibətlərin xeyli canlanmasına səbəb olan səfərinə cavab olaraq gələcək.

Bakıdakı görüş zamanı ikitərəfli və regional əməkdaşlıq perspektivlərinin müzakirəsi gözlənilir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-oktyabrında iki ölkə arasında ticarət dövriyyəsi 15,9 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti