...

Azərbaycan Prezidenti Latviyanın Baş naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 18 Yanvar 2011 01:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Riqada Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşmüşdür. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Azərbaycan Prezidenti Latviyanın Baş naziri ilə görüşüb (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 00:37 yayılıb)

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Riqada Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşmüşdür. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın, müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparıldı.

Energetika, qarşılıqlı investisiyaların qoyuluşu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması önəminin vurğulandığı görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsində hökumətlərarası komissiyanın işinin vacibliyi qeyd olundu.

Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın və geniş imkanların olduğu vurğulanan görüşdə bu əlaqələrin gələcəkdə möhkəmlənəcəyinə əminlik ifadə edildi.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti