...

Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün təntənəli qeyd olunması haqqında sərəncam imzalayıb

Siyasət Materials 21 Yanvar 2011 20:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün təntənəli qeyd olunması haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təntənəli surətdə qeyd olunması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı" təsdiq edilsin.

Nazirlər Kabinetinə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur.

Xəbər lenti

Xəbər lenti