...

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Siyasət Materials 28 Yanvar 2011 18:30 (UTC +04:00)
Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub
Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdən sonra Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin iştirakı ilə Azərbaycan və Ukrayna arasında iki sənəd imzalanıb.

Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Sazişi və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandumu Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzaladılar.

Xəbər lenti

Xəbər lenti