...

Milli Təhlükəsizlik Nazirliyi ABŞ və Böyük Britaniyanın Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdarlığına mövqeyini bildirib

Siyasət Materials 31 Yanvar 2011 12:13 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi ABŞ və Böyük Britaniyanın Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar vətəndaşlarına etdiyi xəbərdarlığa münasibət bildirib.
Milli Təhlükəsizlik Nazirliyi ABŞ və Böyük Britaniyanın Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdarlığına mövqeyini bildirib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyi ABŞ və Böyük Britaniyanın Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar vətəndaşlarına etdiyi xəbərdarlığa münasibət bildirib.

MTN-in İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Trend-ə bildirib ki, Azərbaycanın milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

Babayev deyib ki, Azərbaycanın aidiyyəti orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat şəraitinə nəzarət olunur.

ABŞ Dövlət Departamenti və Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına ünvanladıqları xəbərdarlıq müraciətlərində onları Azərbaycanda ictimai yerlərdə sayıq olmağa, öz şəxsi təhlükəsizlikləri ilə bağlı sayıqlıq nümayiş etdirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti