...

Azərbaycanın Misirdəki səfirliyi "qaynar xətt"in nömrəsini yeniləyib

Siyasət Materials 31 Yanvar 2011 20:11 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyi “qaynar xətt”in nömrəsini yeniləyib.
Azərbaycanın Misirdəki səfirliyi "qaynar xətt"in nömrəsini yeniləyib

Azərbaycan, Bakı, 31 yanvar/Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Misirdəki səfirliyi "qaynar xətt"in nömrəsini yeniləyib.

Azərbaycanın Misirdəki səfirliyi Xarici İşlər Nazirliyi vasitəsilə hazırda Misirdə olan vətəndaşların qohumlarından onlarla əlaqə saxlamağı və təcili olaraq "qaynar xətt"in 0020108112577 nömrəsini onlara verməyi xahiş edir. Bu barədə bazar ertəsi Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov deyib.

Təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq Azərbaycanın Qahirədəki səfirliyi öz fəaliyyətini missiyanın binasında tam həyata keçirə bilmir.

Yanvarın 25-dən Misirdə iqtisadi və siyasi islahatların keçirilməsi, həmçinin 30 il hakimiyyətdə olan 82 yaşlı Hüsni Mübarəkin istefasını tələb edən nümayişlər başlayıb. Cümə günü kütləvi etiraz aksiyaları Misirin Qahirə və digər şəhərlərində davam etdirilib. Qurbanların sayı artıq 150 nəfərə çatıb, 4 min nəfər xəsarət alıb, xarici KİV xəbər verir.

Xəbər lenti

Xəbər lenti