...

AXCP ilə Müsavat arasında yaranan gərginliyə səbəb qəzet məqaləsi olub

Siyasət Materials 3 Fevral 2011 15:47 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası arasında münasibətlərin gərginləşməsinə AXCP-yə yaxın olan mətbu orqanda sabiq Müsavat funksioneri Sülhəddin Əkbərin İsa Qəmbər haqqında dediyi fikirlərə yer ayrılması olub.
AXCP ilə Müsavat arasında yaranan gərginliyə səbəb qəzet məqaləsi olub

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir T.Hacıyev/

AXCP ilə Müsavat arasında yaranan gərginliyə səbəb qəzet məqaləsi olub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası arasında münasibətlərin gərginləşməsinə AXCP-yə yaxın olan mətbu orqanda sabiq Müsavat funksioneri Sülhəddin Əkbərin İsa Qəmbər haqqında dediyi fikirlərə yer ayrılması olub. AXCP-nin siyasi məsələlər üzvə sədr müavini Nurəddin Məmmədlinin Trend-ə verdiyi məlumata görə, qəzetdə yer alan məqalələrə görə bəzi Müsavat üzvləri AXCP funksionerlərinə irad tuturdular və narazılıq edirdilər.

"Buna görə də biz vəziyyətin daha da gərginləşməməsi üçün iclaslarımızın Müsavatın qərargahında keçirilməməsi barədə qərar qəbul etdik", - Məmmədli əlavə edib.

Partiya sədrinin müavini deyib ki, onların heç bir qəzetə senzura qoymaq imkanları yoxdur və bunu düzgün hesab etmirlər.

Bununla yanaşı, Məmmədli deyib ki, Müsavat tərəfindən AXCP-nin qərargahdan çıxarılması barədə yayılan məlumatlar tamamilə əsassızdır.

"Müsavat Partiyasının heç bir üzvü tərəfindən qarşımızda belə bir tələb qoyulmayıb", - o, bildirib.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Trend-ə bildirib ki, Müsavat qərargahında AXCP üçün ayrılmış otaq yenə də onların ixtiyarındadır və Müsavatın AXCP-ni qərargahdan çıxarmaq barədə qərarı yoxdur.

Xəbər lenti

Xəbər lenti